Keçid linkləri

2026, 15 Avqust, şənbə, Bakı vaxtı 20:49

Moskvada 150-dən çox təyyarə reysi təxirə salınıb

Moskvanın “Domodedovo” , “Şeremetevo” və “Vnukovo” hava limanlarında pis hava şəraitinə görə 150-dən çox reys təxirə salınıb.

Bu barədə Federal Hava Nəqliyyatı Agentliyinin rəhbəri Aleksandr Neradko xəbər verir.

“Domodedovo” hava limanında vəziyyət daha çətindir.

Buna səbəb Moskva ətrafındakı bir neçə elektrik stansiyasında xətlərin qırılması olub.

Şənbə günü Moskva və Moskva ətrafına yağış yağıb.

Hava soyuq olduğundan yollar və elektrik xətləri buz bağlayıb.
Hazırda bərpa işləri aparılır.
This item is part of
XS
SM
MD
LG