Keçid linkləri

2026, 26 Avqust, çərşənbə, Bakı vaxtı 17:12

AŞPA-da Azərbaycanda keçirilmiş seçki müzakirə olunacaq

Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında noyabrın 7-də Azərbaycanda keçirilmiş parlament seçiklərinin nəticələri ilə bağlı hesabat müzakirə olunacaq.

Bunu jurnalistlərə açıqlamasında Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.

S. Seyidovun sözlərinə görə, sessiyada Azərbaycan məsələsi ayrıca bir məsələ kimi gündəliyə salınmayacaq.

Bu Azərbaycanla bağlı xüsusi hesabat kimi yox, Azərbaycanda keçirilmiş parlament seçkiləri ilə bağlı hesabat olacaq.

O, həmçinin qeyd edib ki, sesiyada Azərbaycan üçün vacib, maraqlı və əhəmiyyətli olan məsələlərin müzakirəsi gözlənilir.
This item is part of
XS
SM
MD
LG