Keçid linkləri

2024, 05 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:18

CAR sürətlə inkişaf edən ölkələr qrupuna qoşulur


Cənubi Afrika Respublikası (BRİC) Braziliya, Çin, Hindistan və Rusiyanın daxil olduqları sürətlə inkişaf edən ölkələr qrupuna qoşulacaq.

Bu barədə CAR-ın xarici işlər naziri Mayte İkoana maşabane bildirib.

Məlumatlara görə, Çinin Xlaq Respublikasının sədri Hu Cintao Cənubi Afrika Respublikasının prezidentini qrupun 2011-ci ilin əvvəllərində Çində keçiriləcək sammitinə dəvət edib.

2000-2008-ci illərdə dünyadakı iqtisadi artımın təxminən yarısı bu qrupa daxil olan ölkələrin payına düşür.

Bu ölkələr formal olaraq birləşməsələr də öz aralarında iqtisadi əlaqələri genişləndirirlər.

“Qoldman Saks” bankının hesablamasına görə, bu 4 ölkənin qitisadiyyatı ümumilikdə 2050-ci ilədək sənayecə inkişaf eləmiş böyük 7-lər ölkələrinin iqtisadiyyatını ötəcək.
XS
SM
MD
LG