Keçid linkləri

2026, 18 İyul, şənbə, Bakı vaxtı 18:39

İntiharçının törətdiyi partlayışda azı 40 adam ölüb

Pakistanın Bacaur rayonunda törədilmiş partlayışda azı 40 nəfər ölüb, 50-dən çox adam isə yaralanıb.

Yerli hakimiyyətin məlumatına görə, intiharçı özünü ərzaq yardımı almağa gəlmiş yüzlərlə qaçqının arasında partladıb.

Bunda bir gün əvvəl isə talibançıların qonşuluqda yerləşən Mohmand rayonunda 5 nəzarət-buraxılış məntəqəsinə hücumu nəticəsində 11 hərbçi və 24 yaraqlı ölüb.

Hücumda təxminən 150 talibançı iştirak edib.
This item is part of
XS
SM
MD
LG