Keçid linkləri

2026, 30 May, şənbə, Bakı vaxtı 13:17

Koroğluya abidə qoyulmasına 5 milyon manat ayrıldı

Prezident İlham Əliyev Bakıda xalq qəhrəmanı Koroğlunun abidəsinin ucaldılması üçün 5 milyon manat vəsait ayrılması haqda sərəncam imzalayıb.

Vəsait Prezidentin Ehtiyat Fondundan Bakı şəhər İcra Hakimiyyətinə ayrılacaq.

Sərəncamda deyilir ki, «Azərbaycan xalqının əfsanəvi qəhrəmanı Koroğlu milli-mənəvi dəyərlərin daşıyıcısına çevrilərək əsrlərdən bəri insanlarımızın yaddaşına vətənpərvərliyin və mübarizliyin rəmzi kimi həkk olunmuşdur».

2009-cu il dekabrın 3-də prezident İlham Əliyev Koroğluya Bakıda abidə qoyulması haqda sərəncam imzalayıb.
This item is part of
XS
SM
MD
LG