Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:35

Avronun taleyi qaranlıqlaşır


Simon Johnson
Simon Johnson
Dünyada iki il əvvəl başlanmış böhran qurtardımı?

Beynəlxalq Valyuta Fondunun (BVF) keçmiş baş iqtisadçısı, hazırda Massaçusets İnstitutunda professor Simon Johnson AzadlıqRadiosuna deyir ki, böhranın iki dibi olmayacaq. Yəni böhranın ən pis vəziyyətini artıq gördük:

“Ancaq mənim fikrimcə, Avropa iqtisadiyyatının yolu enişli-yoxuşlu olacaq. Avropada bir sıra böhranlar ola bilər. Mən yaz aylarına belə bir böhran gözləyirəm. Dünya iqtisadiyyatının dirçəlişi isə zəifləyəcək. Ona görə mən belə deyə bilərəm: böyük böhran olmayacaq, dirçəliş davam edəcək, ancaq dirçəlişin sürəti zəif olacaq”.

Eyni suala Britaniya hökumətinin keçmiş məsləhətçisi və “Heç nə üçün pul” kitabının müəllifi, “Daily Telegraph” qəzetində həftəlik bloqlar yazan Roger Bootle təxminən oxşar cavabı verir:

“Mən nə dirçəliş gözləyirəm, nə də böhran. Dünya iqtisadiyyatının özünə gəlməyi zəifləyəcək.
Avropa isə mənim fikrimcə, böhrana gedir. Ancaq mən böhranın iki dibinin olacağını düşünmürəm. Ən pisi arxada qalıb”.

Dünya iqtisadiyyatı yerində sayır, yoxsa qabağa gedir? – sualına üçüncü ekspert, Amerikanın Mərkəzi Bankının tarixi üzrə aparıcı mütəxəssis, Carnegie Mellon Universitetində professor Allan Meltzer belə cavab verir:

“Məncə, qabağa gedir. Ən azı iki aparıcı regionda - Avropada və Birləşmiş Ştatlarda.
Ancaq mən işsizliyin azaldılmasında böyük irəlilyiş gözləmirəm. Ev bazarında da çoxlu sayda satılmamış evlər var”.

“BU GEDİŞLƏ AVRO SALAMAT ÇIXMAYA BİLƏR”


Avrozona bu böhranlardan salamat çıxa biləcəkmi?

Yaxın dövrdə avronu nə gözləyir?
Simon Johnson: “Avrozona salamat çıxa biləcək. Ancaq indiki tərkibdə qala biləcəyinə şübhələrim var. İndi Avrozonada 16 ölkə var. Yanvarda 17 olacaq. Estoniya da qoşulacaq.

Mən ona da şübhə edirəm ki, bir Avropa ölkəsi borca düşən kimi hamının onun borcuna kömək etməsi siyasəti davam edəcək.

Ona görə, tərkib, quruluş və siyasət baxımından dəyişiklik olmalıdır. Ancaq prinsipial baxımdan Avrozona qalacaq. Məncə, 5 ildən sonra vəziyyət Avropada aydınlaşacaq. Amma yeni struktur Avrozona ölkələrinin heç də hamısını qane etməyəcək”.

Eyni suala Roger Bootle tamam başqa cavab verir:

“Məncə, indiki gedişlə avro salamat qala bilməyəcək. Əgər hansısa ölkə Avrozonanı tərk etsə, bu, mənim üçün sürpriz olmaycaq. Vəziyyət indikindən dramatik ola bilər”.

Yaxın dövrdə avronu nə gözləyir? – sualına Allan Meltzerin cavabı:

“Mən Yunanıstan kimi ölkələrin öz borc problemini necə həll edə biləcəyini görmürəm.
Gələn pullar Beynəlxalq Valyuta Fondu və Avropa Birliyi yolu ilə gəlir. Və bu pullar heç bir real problemi həll etmir. Problem ondadır ki, bu ölkələrin borcları o qədər böyükdür ki, onlar hətta faizləri ödəyə bilmirlər”.

DOLLARIN TALEYİ

Bəs 2011-ci ildə dolların taleyi necə olacaq?

Simon Johnson: “Avronun zəifliyi dollara köməkdir. Adamlar dollara gizlənməyə yer kimi baxırlar. İspaniyada, İtaliyada və ya Belçikda böhran olsa, dollar güclənəcək.

Ancaq uzun müddəti götürəndə dolların çoxlu problemi var. Amerikada fiskal siyasəti məsuliyyətsiz siyasətdir. Avronun vəziyyəti düzələndə adamlar yenə dollardan üz çevirəcək”.

Roger Bootle: “Pulların məzənnəsini proqnozlaşdırmaq zər atmaq kimi bir şeydir. Ancaq məncə, dollar güclənəcək”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG