Keçid linkləri

2024, 24 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:47

Türkiyə qaza görə Azərbaycana olan borcunu ödəyir


Türkiyə 2008-ci il aprelin 15-dən başlayaraq "Şahdəniz" yatağının "Mərhələ 1" layihəsi çərçivəsində idxal etdiyi qazın qiymət fərqini ödəməyə başlayıb.

Bu barədə "Turan"a nazirlər kabinetində yanacaq-energetika sektoru ilə məşğul olan mənbə məlumat verib.

Mənbənin məlumatına görə, Ankara Bakıya bildirib ki, yaxın vaxtlarda qazın pulu yeni formul üzrə ödənəcək.

Xatırladaq ki, 2007-ci il iyulun 3-dən başlayaraq "Şahdəniz" yatağının "Mərhələ 1" layihəsi çərçivəsində Türkiyəyə qaz verilməsinə başlanandan Türkiyə hökuməti hər 1000 kubmetr qaz üçün 120 dollar ödəyib.

Yeni formulun müəyyən edilməsi barədə Türkiyə ilə danışıqlar 2 il davam edib. Nəhayət, bu il iyulun 7-də tərəflər Türkiyənin 2008-ci ildən verilən qaz üçün yeni formul ilə əlavə ödəniş etməsi barədə razılığa gəliblər.
XS
SM
MD
LG