Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 02:53

Qərb Belarusla münasibətlərə yenidən baxmaq fikrindədir


ABŞ və Avropa Birliyi dekabrın 19-da Minskdə keçirilmiş etiraz aksiyasının amansızcasına dağıdılması və müxalifət fəallarının həbsinə görə Belarusla münasibətlərə yenidən baxmaq fikrindədirlər.

ABŞ Dövlət katibi Hillari Klintonla Avropa Birliyi xarici siyasət idarəsinin rəhbəri Ketrin Eşton birgə bəyanat yayaraq Minski prezident seçkisindən sonra həbs olunmuş 600-dən çox aksiyacını azad etməyə çağırıblar.

Prezidentliyə 5 keçmiş namizəd də daxil olmaqla aksiyaçılardan 15- barəsində həbs qəti imkan tədbiri seçilib.

Onları 15 il həbs cəzası gözləyir.

Belarus müxalifəti ötən bazar ölkədə keçirilmiş prezident seçkisinin indiki prezident Aleksandr lukaşenkonun xeyrinə saxtalaşdırıldığını deyir.
XS
SM
MD
LG