Keçid linkləri

2025, 15 Fevral, şənbə, Bakı vaxtı 17:02

Keçmiş diktator ömürlük cəza alıb


Argentinada keçmiş diktator Xorxe Videla ömürlük azadlıqdan məhrum edilib. O bəşəriyyətə qarşı cinayətlərdə ittiham olunur.

85 yaşlı Videla 1975-1981-ci illər hərbi diktatura dövründə 31 siyasi məhbusun ölümündə təqsirli bilinib.

Hüquq müdafiəçiləri deyir ki, hərbi diktatura illərində Argentinada 12 min adam öldürülüb, ya da itkin düşüb. Hərbi hakimiyyət siyasi məhbusları işgəncə üsulları tətbiq etməklə öldürürmüş.
XS
SM
MD
LG