Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:44

Həsən Seyidbəylinin 90 illik yubileyi keçirilib


Muzey Mərkəzində görkəmli kinorejissor, kinodramaturq və ssenarist Həsən Seyidbəylinin 90 illik yubileyi keçirilib.

Dövlət Film Fondunun direktoru, əməkdar incəsənət xadimi Cəmil Quliyev tədbirdə
Həsən Seyidbəylinin geniş yaradıcılıq yolundan danışıb.

Qeyd edək ki, Həsən Seyidbəylinin ssenariləri əsasında “Doğma xalqımıza” bədii-sənədli, “Qızmar günəş altında”, “Uzaq sahillərdə” bədii, “Toral və Zəri”, “Sağ ol, dostum” animasiya, “Sovet

Azərbaycanı” televiziya, “Kamillik” sənədli filmləri çəkilib.

Həsən Seyidbəyli ilk dəfə 1947-ci ildə “Bakıdan Göygölədək”, bunun ardınca 1949-cu ildə “Quba bağlarında” və “Tərtərçay vadisində”, “Böyük yol” kinooçerklərini lentə alıb”.

APA-nın məlumatına görə, tədbirdə Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, xalq yazıçısı Rüstəm İbrahimbəyov, Həsən Seyidbəylinin ailə üzvləri, eləcə də bir sıra kino xadimləri iştirak ediblər.

Həsən Seyidbəyli 1980-ci ildə vəfat edib.
XS
SM
MD
LG