Keçid linkləri

2026, 03 Mart, çərşənbə axşamı, Bakı vaxtı 17:52

Taliblərlə döyüşdə 5 dinc sakin öldürülüb

Əfqanıstanın Helmand vilayətində NATO qüvvələri ilə taliban yaraqlıları arasında döyüşdə 5 dinc sakin öldürülüb.

Vilayət rəhbərliyinin sözçüsü Daoud Əhmədinin bildirdiyinə görə, ölənlərin 3-ü qadın, 2-i uşaqdır. Dinc sakinlərin kimin tərəfindən öldürüldüyü məlum deyil.

Vilayət rəsmisi döyüş zamanı 7 şübhəlinin məhv edildiyini bildirib.

O, eyni zamanda NATO-nu hərbi əməliyyatlar zamanı daha çox diqqətli olmağa çağırıb.
XS
SM
MD
LG