Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:54

Akademik Milli Dram Teatrında islahatlar davam etdiriləcək


Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında islahatlar zəngin ənənə və tarixə söykənərək, mədəniyyət ocağının işinin səviyyəsini müasir tələblərə uyğunlaşdırılmasına yönəldilib. Bu barədə mədəniyyət və turizm naziri Əbülfəz Qarayev jurnalistlərə bildirib:

«Dekabrın 30-dan bütün kollektiv tutduğu vəzifədən azad olunacaq, qəbul isə yeni ildən müsabiqə əsasında keçiriləcək. Bu məqsədlə nazir müavini Ədalət Vəliyevin başçılığı ilə komissiya yaradılıb. İslahatların əsas məqsədi aktyorların işinin tamaşaçılar üçün maraqlı olmasıdır, axı teatr tamaşaları onlara görə qoyulur».

Onun sözlərinə görə, əsl peşəkarların narahatlıq üçün səbəbi ola bilməz:

«İşə götürülən aktyorlarla bir il müddətinə müqavilə bağlanacaq və tələblərə uyğun olaraq, müqavilə uzadılacaq. Bu təcrübədən sonrakı illərdə də istifadə olunacaq». //Trend/
XS
SM
MD
LG