Ümumrusiya Azərbaycan Konqresi Rusiya Prezidenti D.Medvedevə, Rusiya hökumətinin başçısı V.Putinə, Moskva meri S.Sobyaninə, ölkənin güc strukturlarının rəhbərlərinə müraciət qəbul edib.
Müraciətdə deyilir: «Ümumrusiya Azərbaycan Konqresinin Mərkəzi Şurası Rusiyadakı çoxminli Azərbaycan diasporunun həyəcanlarını və düşüncələrini ifadə edərək, cəmiyyətdə yaranmış etnoslararası dözümsüzlük mühiti və nəticədə Moskvada və Rusiyanın bir neçə şəhərində baş vermiş dramatik hadisələrlə bağlı ciddi narahatlıq ifadə edir. Həmin hadisələr cəmiyyətdə etnoslararası qeyri-sabitliklə əlaqədar mənfi meylləri üzə çıxarmışdır ki, bu da əsasən, gənclər arasında daha çox nəzərə çarpır».
Qurum Rusiya hakimiyyətini bütün irq və millətlərdən olan vətəndaşların bərabərliyini və bərabər hüquqlarını, dini azadlığını təmin etməyə çağırır.
«Rusiya Federasiyasının bir çox ictimai, o cümlədən diaspor təşkilatları kimi biz də hesab edirik ki, dövlətin dəqiq milli siyasəti olmalı, federal səviyyədə onun həyata keçirilməsi üçün cavabdeh dövlət orqanları yaradılmalıdır. Ölkə miqyasında etnoslararası münasibətlərdə müsbət meyillər inkişaf etdirilməlidir.
Etnomədəniyyət və miqrasiya siyasəti sahəsində ekstremizmlə mübarizəni gücləndirən federal və regional qanunlar, hüquqi aktlar işlənib hazırlanmalı və qəbul edilməlidir. Bu qanunvericilik fəaliyyətinin məqsədi xüsusilə siyasi sahədə, millətlərarası münasibətlər sahəsində ekstremist fəaliyyətin kökünün tamamilə kəsilməsi olmalıdır.
ÜAK-ın Mərkəzi Şurası əmindir ki, Rusiya azərbaycanlıları, ölkənin digər əksər vətəndaşları kimi, azad, sivil, dinamik inkişaf edən, tolerant vahid böyük Rusiyaya tərəfdardırlar».