Keçid linkləri

2026, 16 Oktyabr, cümə, Bakı vaxtı 16:39

«Ayı» məhkəməsi davam edəcək

Dekabrın 22-də Nəqliyyat naziri Ziya Məmmədovun oğlunun «Yeni Müsavat» və «Azadlıq» qəzetlərinə qarşı iddiasına baxılacağı gözlənilir.

«ZQAN» Holdinqin sahibi olan Anar Məmmədovun bu iki qəzeti şərəf və ləyaqətinin təhqir edilməsində günahlandırır.

«Yeni Müsavat» qəzeti Anar Məmmədovun Qəbələdəki istirahət mərkəzlərindən birində ayı yeməsi və qarşılıq olaraq 1 milyon dollar ödəməsi haqda xəbər yaymışdı. Daha sonra xəbəri «Azadlıq» qəzeti də dərc etmişdi.

«ZQAN» Holdinqin rəhbəri bu xəbərlə şərəf və ləyaqətinin tapdandığını əsas gətirərək məhkəməyə müraciət edib.

O, qəzetlərin hər birindən 250 min manat təzminat istəyir.
This item is part of
XS
SM
MD
LG