Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:30

Belarusda 600 müxalifətçi tutulub


Belarus rəhbərliyi prezident seçkilərindən sonra aksiyalarda 600-dan çox müxalifət fəalının həbs edildiyini bildirib.

Daxiili işlər naziri bildirib ki, fəallara 5 gündən 15 günədək həbs cəzası veriilib. Bazar günü həbs olunan 7 müxalifət namizədindən 5-i hələ də həbsdədir.

Bu arada məlumata görə, Belarusda 18 müxalifətçi politoloq və jurnalist kütləvi qarışıqlığın təşkilində ittiham olunur. Bunların arasında 6 prezidentliyə namizəd, «Novaya qazeta»nın Minskdəki əməkdaşı və «Xartiya-97» adlı müxalifət saytının redaktoru da var.

Onların hamısı Milli Təhlükəsizlik Nazirliyinin həbsxanasında saxlanır. Əksəriyyətinin saxlanma zamanı döyüldüyü deyilir.

Ədliyyə naziri Viktor Golovanov isə bildirib ki, Minskdəki etiraz aksiyası ilə əlaqəli siyasi partiyalar «ləğv edilə» bilər.

Beynəlxalq ictimaiyyət Belarusda seçkilərdən sonra yaşananları pisləməkdə davam edir.
XS
SM
MD
LG