Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 22:06

Obama İraq hökumətinin formalaşmasını alqışlayıb


ABŞ prezidenti Barak Obama İraqı yeni hökumətin formalaşdırılması münasibətilə təbrik edib. 9 aydan çox idi ki, İraqda seçkilər keçirilsə də yeni hökumət formalaşa bilmirdi, ölkədə siyasi gərginlik vardı.

Obamanın yazılı müraciətində deyilir ki, yeni kabinet üzvlərinin parlament tərəfindən təsdiqi İraq tarixində mühüm andır və milli birlik istiqamətində atılan vacib addımdır.

Ağ Evdən bildiriblər ki, həm Obama, həm də vitse-prezident Co Bayden İraqın yenidən təsdiqlənmiş baş naziri Nuri əl-Maliki ilə telefonla danışıb.

İraqda yeni kabinetin formalaşması aparıcı siyasi qüvvələr arasında hökumət səlahiyyətlərinin bölgüsü razılaşdırılandan sonra mümkün olub.

Ancaq hələ də Daxili işlər, müdafiə və Milli təhlükəsizlik nazirləri razılaşdırılmayıb.
XS
SM
MD
LG