Keçid linkləri

2025, 08 Fevral, şənbə, Bakı vaxtı 15:43

Senat START müqaviləsini ratifikasiya edəcək


Gözlənilir ki, dekabrın 22-də ABŞ Senatı Rusiya ilə strateji nüvə silahlarının azaldılmasına dair yeni START razılaşmasını ratifikasiya edəcək. Dekabrın 21-də100 Senatorun 67-i müqavilənin müzakirəsini dayandırmağa və səsverməyə çıxarılmasına qərar verib.

Sənədin ratifikasiyası üçün ona azı 67 nəfərin səs verməsi lazımdır.

Bildirilir ki, Senatın azlıqda olan Respublikaçılar partiyasının azı 11 senatoru müqavilə ilə əlaqədar prezident Obamanın Demokratlarını dəstəkləyib.

Amerika və Rusiya prezidentlərinin bu ilin aprelində imzaladığı müqaviləyə görə, tərəflər 7 il ərzində nüvə başlıqlarını 30 faiz azaltmalıdır.

Sənəd Rusiya Dövlət Duması tərəfindən də ratifikasiya olunmalıdır.
XS
SM
MD
LG