Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:16

Amerika hökuməti Belarus hakimiyyətinin hərəkətlərini pisləyir


Amerika prezidenti Barak Obamanın sözçüsü Robert Gibbs bu gün deyib ki, “Amerika Belarus hakimiyyətinin demokratikləşmə prosesini laxladan hərəkətlərini kəskin şəkildə pisləyir”.

Avropa Birliyinin Xarici əlaqələrinə rəhbərlik edən Catherine Ashton Belarus hakimiyyətini tutulanları dərhal buraxmağa çağırıb.

Belarus hakimiyyəti bu gün deyib ki, tutulanlar 600 nəfərdən çoxdur.

Bazar günü prezident seçkilərindən sonra tutulan 7 namizəddən 5-i hələ də həbsdədir.
XS
SM
MD
LG