Keçid linkləri

2026, 26 Avqust, çərşənbə, Bakı vaxtı 05:16

Kutaisidə partladılan abidənin yeni variantı Moskvada açılıb

Rusiyanın baş naziri Vladimir Putin Böyük Vətən Müharibəsində həlak olanlara yeni abidənin açılışında iştirak edib.
Həmin abidənin orijinal variantı 2008-ci il Rusiya –Gürcüstan müharibəsi vaxtı gürcülər tərəfindən Kutaisidə partladılmışdı.

Putin həmin hərəkəti vandalizm adlandırıb.

Moskvadakı abidənin açılışında Gürcüstanın müxalifət liderləri Nino Burcanadze və Zurab Noqaydeli iştirak edib.

Gürcüstanın xarici işlər nazirliyinin sözçüsü Kalandadze Moskva abidəsinin açılmasını pisləyib.
O deyib ki, bununla ictimaiyyətə aşılamaq istəyirlər ki, guya Gürcüstan müharibədə ölənlərə hörmət etmir.
This item is part of
XS
SM
MD
LG