Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:04

Dukayev Danimarka qəzetini partlatmaq istəyirmiş


Danimarka polisi Çeçenistandan olan Lors Dukayevə qarşı terrorizm ittihamı irəli sürüb.
Əvvəlki ittiham partlayıcı ilə ehtiyatsız davranış idi.

Danimarka və Belçikada aparılmış istintaq və Dukayevin kompüterinin müsadirəsindən sonra məlum olub ki, Dukayev sentyabrın 10-da Kopenhagendə bombalı məktub göndərmək istəyəndə bomba partlayıb və o yaralanıb.

Dukayev bombalı məktubu Məhəmməd peyğəmbərin karikaturasını dərc edən qəzetə göndərmək istəyirmiş.

Dukayev bu ittihamları rədd edir.

İttihamlar təsdqilənsə, məhkəmə ona ömürlük həbs cəzası verə bilər.
XS
SM
MD
LG