Keçid linkləri

Təcili xəbərlər
2021, 13 May, Cümə axşamı, Bakı vaxtı 13:36

TQDK prokurorluğa müraciət edib


2010-cu il qəbul imtahanlarına nəzarət edən 236 nəfər müəllimin adı laqeydlik və səhlənkarlıq göstərdiklərinə görə, nəzarətçi bazasından çıxarılıb.

116 müəllimə şifahi xəbərdarlıq edilib. Bir nəfər isə qaydaları kobud şəkildə pozduğu üçün onun işi prokurorluğa göndərilib.

Bu haqda AzadlıqRadiosuna Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə məlumat verib: “Həmin nəzarətçi imtahan zamanı bir abituriyentin cavab kartını digər abituriyentə ötürüb. Bununla bağlı TQDK prokurorluğa müraciət edib”.
XS
SM
MD
LG