Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:26

Qar Qərbi Avropanın hava limanlarını iflic edib


Güclü qar Qərbi Avropanın hava limanlarını iflic edib.
London, Paris, Frankfurt, Amsterdam, Brüssel hava limanlarında bu gün uçuşlar təxirə salınmaqdadaır.

Milad bayramı ilə bağlı səyahətə çıxanlar arasında 3 gündür ki, hava limanlarında gecələyənlər var.

Britaniyada Hitrou hava limanına xidmət göstərən Ferrvial özəl şirkətinin fəaliyyətinin araşdırılmasına çağırışlar var.
Bu İspaniya şirkəti qarı təmizləməyə vaxtında kifayət qədər investisiya qoymamaqda, lazımi avadanlıq almamaqda ittiham olunur.

Bəziləri isə deyir ki, böyük hava limanlarını özəl şirkətlərə etibar etmək olmaz.
XS
SM
MD
LG