Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:47

İlham Əliyevin 49 yaşı üçün 49 metrlik tort bişirilir (Yenilənib)


İlham Əliyevin 49 yaşı münasibəti ilə Gəncədə 49 metrlik tort bişirilir.

Qeyri-adi tərtibatda hazırlanacaq tort Gəncə şəhər rəhbərliyi və gəncəli iş adamları tərəfindən hazırlanacaq.

Gəncə şəhər İcra Hakimiyyəti Başçısının müavini Akif Ələkbərov hələlik hazırlıq işləri getdiyindən təfərrüatlı məlumat verməyib.

Ötən il 48 metr uzunluğunda, 11 ton ağırlığında hazırlanan tortun üzərində prezident İlham Əliyevin anadan olmasının 48 illiyinə həsr olunan kompozisiya, sağ və sol tərəfində isə Gəncənin tarixi memarlıq abidələrinin, şəhərin müxtəlif ərazilərinin təsvirləri öz əksini tapıb. Gəncə bununla Avropanın ən böyük tort rekordunu vurub. Torta baxmağa və yeməyə 30 min adam gəlib. Tortun hazırlanmasına 3.5 ton un, 3 ton qənd, 500 kq kərə yağı, 35 min yumurta, 500 kq qoz sərf olunub.

Artıq dördüncü dəfədir hazırlanan tort hər il bir metr uzanır.

Xəbərlə bağlı yeni məlumatlar və fotolar burada:


İlham Əliyevin ad günü üçün 49 metrlik tort kəsilib

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG