Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:31

Eynulla Fətullayevin məhkəməsi təxirə salındı


Dekabrın 21-də Ali Məhkəmədə həbsdə olan jurnalist Eynulla Fətullayevin kasasiya şikayətinə baxılacaqdı. Ancaq jurnalistin vəkili gəlmədiyindən məhkəmə dekabrın 28-ə qədər təxirə salınıb.

2010-cu il iyulun 6-da Qaradağ Rayon Məhkəməsi Eynulla Fətullayevi narkotik maddə saxlamada təqsirli bilərək 2 il 6 ay azadlıqdan məhrum edib. Bu qərardan Bakı Apelyasiya Məhkəməsinə şikayət verilmişdi.

Noyabrın 5-də Bakı Apelyasiya Məhkəməsi Eynulla Fətullayev barəsində həbs qətimkan tədbiri seçib. Həmin qərardan kasasiya şikayəti noyabrın 21-də Ali Məhkəməyə təqdim olunmuşdu.
XS
SM
MD
LG