Keçid linkləri

Təcili xəbərlər
2021, 14 İyun, Bazar ertəsi, Bakı vaxtı 00:55

Magistratura imtahanlarının vaxtı müəyyənləşib


Ali məktəblərin magistraturasına qəbul imtahanlarının birinci mərhələsinin vaxtı müəyyənləşib.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının məlumatına görə, imtahanlar üçün ərizə qəbulu yanvarın 25-dən fevralın 7-dək aparılacaq. Qəbul imtahanlarının ilk mərhələsi fevralın 20-də keçiriləcək. Bu mərhələdə bakalavrların ümumi intellekt səviyyəsi, xarici dil və informatika fənni üzrə bilikləri yoxlanacaq.

Yanvarın 23-də isə TQDK ilk dəfə tətbiq olunacaq açıq testlərə abituriyentlərin cavabların təhlil etmək üçün Bakı, Naxçıvan, Sumqayıt, Gəncə, Lənkəran, Şəki, Quba, Göyçay, Şirvan, Ağcabədi və Mingəçevirdə sınaq imtahanları keçirəcək.

XS
SM
MD
LG