Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:38

Dəmiryolu biletlərində qıtlıq yaranıb


Dəmiryolu biletlərinə tələbat iki dəfə artıb. Əsas sıxlıq dekabrın 29-u və 30-da gözlənilir. Bilet qıtlığı isə əsasən ölkənin qərb istiqamətində yaranıb.

Azərbaycan Dəmiryolları QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmədovun sözlərinə görə, problemi qismən həll etmək üçün həmin istiqamətə əlavə qatar, digər istiqamətlərə isə əlavə vaqonlar qoşulacaq.

Nadir Əzməmədov deyib ki, adi günlərdə 2000-2500 bilet satılırsa, bayram günlərində bu 5 minə çatır. Dekabrın 29-30-da ölkənin qərb istiqamətinə 450 nəfərlik yeni qatar hazırlanıb. Bundan əlavə bütün istiqamətlərə əlavə vaqonlar qoşulacaq.

Azərbaycan DəmirYolları QSC dekabrın 23-dən yanvarın 6-a kimi gücləndirilmiş iş rejimində işləyəcək.
XS
SM
MD
LG