Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:25

Gəncədə “Yahovanın şahidləri” təriqətini təbliğ edənlər saxlanılıb


Dini cərəyanı təbliğ edən şəxslər dekabrın 18-də saxlanılıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qərb bölgəsi üzrə nümayəndəsi Firdovsi Kərimov deyir ki, Konstitusiyaya edilən ən son əlavə və dəyişikliklərə görə, bu dini cərəyanın təbliği qadağandır.

Gəncə şəhər Polis İdarəsindən verilən məlumata görə, Gəncə şəhər sakini Yeganə Qəhrəmanovanın evinə baxış keçirilən zaman, bu xanımın və həmyerliləri Rəşad Niftəliyevin, Saləddin Məmmədovun, Bakı sakini Teymur Vəliyevin, Gürcüstan vətəndaşları Şeveli Verxviya Arsenoviçin və Şendelaya Yekaterina Kviyevnanın “Yahovanın şahidləri” dini təriqətini təbliğ etmələri müəyyənləşdirilib.

Məlumatda bildirilir ki, Yeganə Qəhrəmanovanın evindən 25 ədəd təbliği və yayımı qadağan edilən dini kitab, 145 ədəd isə dini jurnal aşkarlanaraq götürülüb.

Hadisə ilə bağlı Nizami rayon Məhkəməsində araşdırma aparılır.
XS
SM
MD
LG