Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:07

Bakı-Paris, Bakı-London aviareysləri təxirə salınıb


Dekabrın 19-da Bakıdan Parisə və Londona ucan təyyarələr Almaniyanın Köln şəhərində yerə enməli olub. Londonun Hitro, eləcə də Parisin Şarl de Qol hava limanları hava şəraiti ilə əlaqədar reysləri qəbul edə bilməyiblər.

Bu barədə AzadlıqRadiosuna Azərbaycan Hava Yolları -AZAL-ın sözçüsü Məhərrəm Səfərov məlumat verib. O deyib ki, gecə saat 4-də hər iki təyyarə Heydər Əliyev adına Beynəlxalq Hava Limanına qayıdıb. Əgər hava limanları qəbul etsə, dekabrın 21-də Parisə və Londona reyslər planlaşdırılır.

Dekabrın 20-də Bakıdan Frankfurta və Milana reyslər baş tutub. Moskva, Ankara, İstanbul, Tbilisi və digər reyslərlə bağlı heç bir problem yoxdur.

Son günlər Avropada hava şəraiti xeyli kəskinləşib. Güclü qar yağması hava limanlarının normal fəaliyyətinə mənfi təsir edib.
XS
SM
MD
LG