Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 03:15

2009-cu ildə Azərbaycan hardan silah alıb?


BMT-nin Adi Silahlar Registri Azərbaycanın 2009-cu ildə silah alışına dair hesabatını açıqlayıb.

APA-nın məlumatına görə, Bakı 2009-cu ildə Belarusdan 9 ədəd 203 mm çaplı 2C7 «Pion» özüyeriyən artilleriya qurğusu (Rusiya istehsalı), Ukraynadan 29 ədəd 122 mm çaplı 2C1 «Qvozdika», 6 ədəd 152 mm çaplı 2C3 «Akatsiya» özüyeriyən haubitsa alıb.

Bundan başqa, Azərbaycan 2009-cu ildə aviaparkına Ukrayna və Belarusdan yeni hava döyüş vasitələri də daxil edib. Hesabatda yer alan məlumatlara görə, rəsmi Bakı 2009-cu ildə Belarusdan 5 ədəd «Su-25» (Rusiya istehsalı olan), Ukraynadan 1 ədəd «MiG-29 UB» döyüş təyyarəsi, həmçinin 11 ədəd «Mi-24» döyüş helikopteri alıb.

Cənubi Afrika Respublikası isə BMT-yə hesabatında ötən il Azərbaycan Müdafiə Nazirliyinə 10 ədəd «Marauder» tipli zirehli nəqliyyat vasitəsi satdığını açıqlayıb.

Azərbaycan BMT-nin Adi Silahlar Registrinə hesabatını noyabrın 5-də təqdim edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG