Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:15

Fotojurnalist Elxan Kərimov vəfat edib


Fotoqraf Elxan Kərimov
Fotoqraf Elxan Kərimov
Dekabrın 19-da tanınmış fotojurnalist, “Turan” informasiya agentliyinin əməkdaşı Elxan Kərimov vəfat edib. O, öz evində, bazar günü axşam keçinib.

Elxan Kərimov uzun müddət AzadlıqRadiosu ilə də əməkdaşlıq edib.

Dekabrın 28-də Elxan Kərimovun 62 yaşı tamam olacaqdı.

Yaxınlarının dediyinə görə, son vaxtlar ürək nahiyəsində ağrılardan şikayətlənirdi.

2011-ci il yanvarın 5-də Elxan Kərimovun ürəyində şuntlama əməliyyatı aparılmalıydı.

Elxan Kərimovun cənazəsi bu gün saat 14:00-da Təhsil Nazirliyinin yaxınlığında yerləşən binanın (Qədirbəyli küçəsi, 63a) həyətindən götürüləcək.

Elxan Əziz oğlu Kərimov 1948-ci il dekabrın 28-də Bakının Bülbülə kəndində anadan olub. 1971-ci ildə Azərbaycan Pedaqoji Universitetində (keçmiş V.İ.Lenin adına APİ) çıxan “Gənc müəllim” qəzetində fotomüxbir çalışıb. 1973-1977-ci illərdə Azərbaycan Pedaqoji Universitetini, 1979-cu ildə Jurnalist Sənətkarlığı İnstitutunu bitirib. 1971-ci ildə çəkdiyi fotolar respublikada çıxan “Azərbaycan müəllimi”, “Bakı”, “Baku” və s. qəzetlərdə çap olunub. 1997-ci ildə Türk beynəlxalq iş adamları “Dialoq” aylıq jurnalında fotomüxbir vəzifəsində çalışıb. Daha sonra öz fəaliyyətini “Tüsiab” jurnalında davam etdirib.
1998-ci ildə “Azadlıq” qəzetində baş fotomüxbir vəzifəsində işləyib.

Elxan Kərimov bir çox sertifikat və diplomlara layiq görülüb.
2004-cü il mayın 28-də “Azerbaydjanskie İzvestiya” tərəfindən foto sahəsində gördüyü işlərlə əlaqədar sertifikata layiq görülüb. 2006-cı ildə 21 iyulunda “Foto (illüstrasiya)” nominasiya üzrə “Media Açarı 2006” mükafatını alıb.

2009-cu ildə Elxan Kərimovun 60 illik yubleyi çərçivəsində Media Mərkəzində foto sərgisi keçirilib.

Elxan Kərimovun çəkdiyi fotoşəkillər respublikada çıxan qəzet və jurnallarda yayımlanıb.

O, “Turan” informasiya agentliyində baş fotomüxbir vəzifəsində çalışırdı.
21 iyul 2009-cu ildə "Zərdabi" mükafatına layiq görülüb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG