Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:52

İranın xarici işlər naziri əvəzi Əli Əkbər Salehi işə başlayıb


İranın yeni xarici işlər naziri əvəzi Əli Əkbər Salehi Türkiyə və Səudiyyə Ərəbistanı ilə münasibətlərin dərinləşdirilməsinin ölkənin qarşısında duran əsas məsələlərdən olduğunu bildirib.

Onun Səudiyyə Ərəbistanı barədə bu fikri böyük əhəmiyyət kəsb edir.
Viki Liks saytında ketmiş məxfi sənədlərə görə, Səudiyyə Ərəbistanının kralı Abdulla
Vaşinqtonu İranın nüvə proqramını məhv etməyə çağırıb.

İran prezidenti Mahmud Əhmədinejad keçmiş xarici işlər naziri Manuçohr Mottakkini dekabrın 13-də istefaya göndərib.

Əli Əkbər Salehinin bu vəzifəyə namizədliyini ölkə parlamenti də təsdiq etməlidir.
Bu müddət ərzində o, xarici işlər naziri ilə yanaşı İran Atom Enerjisi Agentliyinin rəhbəri vəzifəsini də icra edəcək.
XS
SM
MD
LG