Keçid linkləri

2017, 22 Yanvar, bazar, Bakı vaxtı 14:49

Çinlə Pakistan 20 milyard dollarlıq razılaşmalar imzalayıblar


Çinlə Pakistan cümə günü energetika, dəmiryol nəqliyyatı və kənd təsərrüfatı sahələrində 13 razılaşma imzalayıblar.

Çinin baş naziri Ven Tsyabonun Pakistana səfəri zamanı imzalanmış razılaşmalar təxminən 20 milyard dollar məbləğindədir.

Pekin həmçinin bu yaxınlarda Pakistanda baş vermiş daşqınların fəsadlarını aradan qaldırmaq üçün İslamabada 400 milyon dollar məbləğində kredit verəcək.

Vent Tsyabo şənbə günü ölkə prezidenti Asif Əli Zərdari ilə görüşəcək.

Sabah isə onun ölkə parlamentində çıxışı gözlənilir.
XS
SM
MD
LG