Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:15

Azərbaycanda hər 8 nəfərdən biri miqrantdır


Azərbaycan dünyada ərazisində ən çox daxili miqrant məskunlaşan ölkədir.

Bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Arzu Rəhimov 18 dekabr Beynəlxalq Miqrant Günü ilə əlaqədar keçirilən tədbirdə bildirib.

Onun sözlərinə görə, dünyada miqrantların sayı təxminən 200 milyon, Azərbaycanda isə 1 milyona yaxındır. Hazırda dünyada hər 35 nəfərdən, Azərbaycanda isə hər 8 nəfərdən biri miqrantdır.

Arzu Rəhimov qeyd edib ki, dünyada miqrantların 97-98 faizi başqa ölkə vətəndaşları olduğu halda, Azərbaycanda miqrantların 70 faizi ərazilərin işğalı nəticəsində ölkə daxilində yaşayış yerini dəyişməyə məcbur olmuş daxili miqrantlardır. /Trend/
XS
SM
MD
LG