Keçid linkləri

2026, 26 İyul, bazar, Bakı vaxtı 14:43

Ukrayna parlamentində dava olub

Ukrayna parlamentində hakim partiyanın deputatları ilə müxalifətçilər arasında dava olub.

Dekabrın 16-da müxalifətdən olan millət vəkilləri hökumətin sabiq baş nazir Yuliya Timoşenkoya qarşı siyasi repressiyanı dayandırması tələbi ilə parlamentin işini saxlamağa və bütün gecəni orda qalmağa çalışıblar.

Hakim Regionlar partiyasının 40-a yaxın deputatı gecə 30 müxalifətçidən ibarət blokadanı yarıb, bundan sonra deputatlar tutaşıblar. Nəticədə Yuliya Timoşenko blokunun azı 4 deputatı xəsarət alıb, xəstəxanaya çatdırılıb.

Bundan əvvəl Timoşenkoya qarşı cinayət işi açılıb, o, baş nazir olan zaman büdcə vəsaitlərini təyinatına uyğun xərcləməməkdə ittiham olunur.
This item is part of
XS
SM
MD
LG