Keçid linkləri

2026, 27 İyun, şənbə, Bakı vaxtı 01:32

Avropa Komissiyasının prezidenti Azərbaycana gələcək

Avropa Komissiyasının Prezidenti Joze Manuel Barrozo gələn ilin əvvəlində Azərbaycana səfər edəcək.

Trend-in məlumatına görə, yanvarın 13-14-də baş tutacaq səfər zamanı Barrozo Avropa Birliyinin Azərbaycanla əməkdaşlığının siyasi və iqtisadi aspektlərini müzakirə edəcək.

Diqqət enerji layihələrinə yönələcək.

Barrozonun prezident İlham Əliyevlə görüşü planlaşdırılıb.

Bu, Avropa Komissiyasının prezidenti kimi Barrozonun Azərbaycana ilk səfəri olacaq.
This item is part of
XS
SM
MD
LG