Keçid linkləri

2017, 24 İyul, Bazar ertəsi, Bakı vaxtı 19:02
Sabirabadın Moranlı və Sərxanbəyli kəndləri iki aydan artıqdır ki, işıqsızdır. Bunu “Qaynar xətt”ə zəng edən Moranlı sakinləri deyir. Şikayyətçilərdən Ənvər Təhməzovun sözlərinə görə, onsuz da problemlər içərisində itib-batan kəndlilər indi də işıq sarıdan zülm çəkirlər. Ənvər Təhməzov:

TƏKCƏ İŞIQ VAR İDİ, DAHA O DA YOXDUR

“Demək olar ki, iki aydır kənddə işıq yoxdur. Gün ərzində 2-3 saat işıq verirlər. İşıqpulu da ödəyirik, ancaq yenə də işıq xəttini ayırırlar. Zəng edirik, nəzarətçilər telefonlarını söndürürlər. Onsuz da rayon mərkəzindən 55 kilometr aralıdayıq, nə yolumuz var, nə suyumuz var, işıq da olmayanda informasiyadan tamam məhrum oluruq. Qazımız, odunumuz, suyumuz, yolumuz, məktəbimiz, xəstəxanamız yox, bir dənə işıqdır ki, heç olmasa dünyadan xəbər tuturuq, onu da kəsirlər”.

“PUL ÖDƏYİRƏM, NİYƏ İŞIQSIZ QALMALIYAM?”


Sabirabad rayon İşıq İdarəsindən isə deyirlər ki, kəndlərdə işıqpulu yığımı aşağı olduğundan idarə borclu abonentlərin işıqlarını kəsir.

Kənd sakini Qara Qarayevsə deyir ki, mən vaxtlı-vaxtında işıq pulu ödəyən abonentəm. Ancaq bu kənddə qurunun oduna yaş da yanır:

“Demək olar ki, gündəlik işıqlar söndürülür, İşıq İdarəsinə müraciət edirik, əsas gətirirlər ki, işıq pulu yığa bilmirlər. Bütün evlərdə sayğaclar quraşdırılıb, tutaq ki, bir transformatorun üstündə 25 nəfər işıq pulunu verib, 3 nəfər verməyib, o 3 nəfərə görə 25 nəfərin də işığını kəsirlər. Həmin adamın işığı kəsilsin, o işıqsız qalsın, mən pul ödəyə-ödəyə niyə işıqsız qalmalıyam?”.

DİNLƏYİN

Sənin fikrin

Şərhləri göstər

Siz də şikayətinizi buradan göndərə bilərsiz

  • Zəhmət olmasa təhlükəsizlik üçün nəzərdə tutulan sualları cavablayın *

ƏLAQƏ ÜÇÜN

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG