Keçid linkləri

2026, 21 May, cümə axşamı, Bakı vaxtı 05:29

AB-nin missiyası orqan alveri ilə bağlı məlumatı araşdırır

Avropa Birliyinin Kosovo üzrə missiyası keçmiş Kosovo Azadlıq Ordusunun 90-cı illərin sonunda insan orqanlarının alveri ilə məşğul olması barədə informasiyanı araşdırır.

Avropa Birliyinin polis missiyası bu məsələ ilə bağlı faktlar göstərilməsini xahiş edib.

İki gün bundan əvvəl yayılmış məlumatlarda Kosovo Azadlıq Ordusunun həmin illərdə indiki baş nazir Həşim Taçinin rəhbərliyi altında öldürülmüş əsirlərin orqanlarının alveri ilə məşğul olduğu ehtimal edilir.

Kosovo hökuməti ittihamı rədd edir.
This item is part of
XS
SM
MD
LG