Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:36

Vladimir Putin ifratçılığın qarşısını almağa çağırıb


“Oğru həbsxanada oturmalıdır”.
Bunu Rusiyanın baş naziri Vladimir Putin televiziya ilə xalqa müraciətində hazırda həbsdə olan Mixail Xodorkovskinin məsələsinə münasibət bildirərkən deyib.

Qeyd edək ki, hazırda 8 il həbs cəzası çəkən Mixail Xodorkovski indi də başqa bir ittihamla üzləşib və yaxın günlərdə ona qarşı hökm oxunacağı gözlənilir.

Rusiyada baş qaldırmış ifratçılığa gəldikdə isə Vladimir Putin bildirib ki, ekstremizmə qarşı qəti tədbirlər görülməlidir və vətəndaşlar ölkənin istənilən regionunda özlərini rahat hiss etməlidirlər.

O, hüquq mühavizə orqanlarını ifratçılığın qarşısını almağa çağırıb.


Rusiyanın Baş Prokurorluğunda son günlər Moskvada baş vermiş hərc-mərcliklə bağlı 22 cinayət işi qaldırılıb.

Hüquq müdafiəçiləri ölkədə radikal, millətçi gənclərin daha da fəallaşacağından narahatlıq bildirirlər.

“Sova” insan hüquqları mərkəzinin direktor müavini Qalina Kojevnikova bildirib ki, millətçilərin siyasi hərəkətlərinə kəskin siyasi cavab verilməlidir.
XS
SM
MD
LG