Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:53

Gəncədə kütləvi qanvermə aksiyası keçirilib


Məhərrəmlik ayının 10-cu günündə Gəncədə kütləvi qanvermə aksiyası keçirilib. Gəncə Qanköçürmə mərkəzinin baş həkimi Tahirə Məmmədovanın bildirdiyinə görə həm İmamzadə türbəsi və məscidlərdə həm də qanköçürmə mərkəzində qan alınıb.

“İndiyədək 135 nəfər qan verib. Aksiyaya dövlət müəssisə və təşkilatları həmçinin dini cəmiyyətlər də qoşulub. Günün sonunadək aksiya davam edəcək.”

İmamzadə və məscidlərdə 100-lərlə insan əzadarlığa yığışıb. Şiə müsəlmanlar Məhərrəmlik ayında eramızın 7-ci əsrində həlak olmuş imamların ruhuna matəm saxlayırlar.
XS
SM
MD
LG