Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:19

Bakıda hərbçiləri daşıyan avtomobil qəzaya uğrayıb


Bakıda Daxili Qoşunlara məxsus avtomobil qəzaya uğrayıb. «APA»nın məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu ərazisində qeydə alınıb.

Rayon ərazisində yerləşən Daxili Qoşunlara məxsus «N» saylı hərbi hissənin əsgərləri daşıyan yük maşınının qəzaya uğraması nəticəsində bir neçə hərbçi xəsarət alıb.

Yaralılardan 3-ü - Murad Babayev, Niyaməddin Abbasov və Tural Nazim oğlu (soyadı açıqlanmır) hospitala yerləşdirilib.

Daxili Qoşunların mətbuat xidmətindən faktı təsdiqləyiblər.
XS
SM
MD
LG