Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:06

Baş nazirin insan orqanı alverində adı hallanır


Rusiya ilə Serbiya Kosovonun baş naziri Həşim Taçinin insan orqanları alverində əli olması barədə xəbərdən dərin narahatlıq bildiriblər.

Serbiyanın xarici işlər naziri Vuk Yeremiç Moskvada rusiyalı həmkarı Sergey Lavrovla keçirdiyi mətbuat konfransında deyib ki, bu sənəd bu günkü Kosovonu, onun liderlərinin kimliyini göstərir.

Avropa Şurası İstintaq Komitəsinin rəhbəri Dik Martinin hesabatında deyilir ki, ola bilsin ki, Kosovo Azadlıq Ordusu vaxtı ilə ələ keçirdiyi əsirlərin orqanlarının əlveri ilə məşğul olurmuş.

Və bu qrupa əvvəllər Kosovonun baş naziri Həşim Taçinin rəhbərlik etdiyi ehtimal olunur.

Kosovo hökuməti ittihamı rədd edir.
XS
SM
MD
LG