Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:21

Saxarov mükafatı boş kresloya qoyuldu


Bu gün Avropa Parlamentində Saxarov mükafatının təqdimatı olub.

Bu il mükafatı insan haqlarının müdafiəsinə görə kubalı dissident Qilermo Farians alsa da
Kubanın hakim dairələri onun mərasimdə iştirakına icazə verməyib.

Mükafat boş kresloya qoyulub.

Farinas ilin əvvəllərində həbsxanada şəraitin pisliyinə etiraz olaraq uzun müddət aclıq aksiyası keçirib.

Müşahidəçilər hesab edir ki, məhz bu aksiya Kubanın hakim dairələri onlarla siyasi məhbusu azad etməyə məcbur elədi.

Qeyd edək ki, Kuba hakimiyyəti bundan sonra Katolik kilsəsinin vasitəçiliyi ilə 52 siyasi məhbusu azad edib.
XS
SM
MD
LG