Keçid linkləri

2026, 16 İyun, çərşənbə axşamı, Bakı vaxtı 09:54

Seneqal İrandakı səfirini geri çağırıb

Seneqal Xarici İşlər Nazirliyi İrandakı səfirini geri çağırıb. Səfirin geri çağırılması oktyabr ayında Nigeriyada üzə çıxan gizli İran silahları ilə əlaqələndirilir.

Həmin vaxt silahla dolu 13 İran konteyneri Nigeriya sahillərində saxlanmışdı. Nigeriya təhlükəsizlik rəsmilərinin bildirdiyinə görə, İrandan gizli gətirilmiş silahların son mənzili Qambiya olub.

Seneqal Xarici İşlər Nazirliyi İranın silahlarla bağlı izahatından razı qalmadığını bildirib. Elə buna görə də İrandakı səfirini geri çağırıb.
This item is part of
XS
SM
MD
LG