Keçid linkləri

2017, 23 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 08:26

Ermənistan silahlanma üzrə 5 illik plan qəbul etdi


Ermənistan ordunun müasirləşdirilməsinə dair beş illik planı təsdiq edib. Prezident və Milli Təhülkəsizlik Şurasının təsdiq etdiyi planda uzaq mənzilli, yüksək dəqiqlikli silahların əldə edilməsi də nəzərdə tutulur.

“2011-2015-ci illərdə Silahların və hərbi texnikanın inkişaf etdirilməsi üzrə Dövlət Proqramı” adlanan sənəddə həm xarici ölkələrdən silahlar alınması, həm də yerli müdafiə sənayesinin inkişaf etdirilməsi nəzərdə tutulur.

Bir neçə ay əvvəl Rusiya ordusunun Ermənistanda qalma müddətinin uzadılması barədə razılaşmada da Moskvanın Yerevana müasir silahlar və hərbi avadanlıq verməsi nəzərdə tutulur.

1990-cı illıərində əvvəllərində erməni silahlı qüvvələrinin Azərbaycan ərazilərini işğal etməsinə görə Yerevan Bakı arasında müharibə təhdidləri səngimir.

Azərbaycanın da 2011-ci ilə hərbi büdcəsi 3 milyard dollardan çoxdur. Ermənistanın gələn ilə hərbi büdcəsi isə bundan yeddi dəfə az - 400 milyon dollardan bir qədər artıqdır.
XS
SM
MD
LG