Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:09

Azərbaycanda mərc oyunlarına 2011-ci ilin əvvəlindən start verilir


«Azərbaycanda mərc oyunları gələn ilin əvvəlində fəaliyyətə başlayacaq», - bunu jurnalistlərə Azərbaycan gənclər və idman naziri Azad Rəhimov deyib.

Mərc oyunlarının keçirilməsinin yubanmasını nazir sənədləşmə işi ilə əlaqələndirib.
«Yaxın günlərdə hökumətin müvafiq sərəncamının veriləcəyi gözlənilir», - nazir deyib.

«Azərbaycanda bukmeker kontorunun açılışına lisenziya alınması üçün ödəniş tələb olunmur. Mərc oyunları açmaq istəyənlər istənilən vaxt vəsaiti geri qaytara və ala biləcəkləri sadəcə 3000 manat dəyərində post-terminal almalıdırlar», - bundan əvvəl jurnalistlərə Rəhimov deyib.

Cari ildən ölkədə mərc oyunlarının fəaliyyəti dövlət tərəfindən nizama salınır. Gənclər və İdman Nazirliyində Türkiyənin «İnteltex» şirkəti ilə birgə mərc oyunlarının fəaliyyətinin idarəsini həyata keçirəcək «Azəridmanservis» şöbəsi yaradılıb.

Bu işlərlə məşğul olan «Azinteltek» 300-ə qədər post-terminal hazırlayıb. /Trend/
XS
SM
MD
LG