Keçid linkləri

2024, 18 May, şənbə, Bakı vaxtı 15:01

Bakıda ən hündür «yolka» 21 metr olacaq


Bakının ən hürdür «yolka»sı Milli Parkda qurulacaq. Yolkanın hündürlüyü 21 metrə çatacaq.

Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov AnsPress-ə açıqlamasında bildirib ki, parkda ümumilikdə 11 yerdə yolka qurulacaq. Onların içərisində ən böyüyü Kukla Teatrının arxa hissəsində olacaq. Bu "yolka"nın hündürlüyü 21 metrə çatacaq. Digər «yolka»ların hündürlüyü 5 metrdən 10 metrə qədər olacaq.

Keçən il olduğu kimi bu il də Milli Parkda açıq tipli buz meydançası fəaliyyət göstərəcək.

«Artıq onun qurğusu qurulub. Havanın soyumağını gözləyirik. Havanın temperaturu +10 dərəcədən aşağı düşdükdə buz meydançası fəaliyyətə başlayacaq. Düşünürəm ki, yeni ilə qədər artıq meydança arzu edənləri qəbul edə biləcək», deyə N. Məcidov qeyd edib.
XS
SM
MD
LG