Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:21

İranın xarici siyasəti dəyişməyəcək


İranın XİN-də aparılan dəyişikliklərə baxmayaraq rəsmİ Tehranın nüvə və xarici siyasəti dəyişməyəcək.

XİN-nin sözçüsü Ramin Mehmanparəst nüvə proqramı ilə bağlı güc dövlətləri ilə danışıqların da dəyişməyəcəyini deyib.

Dünən İran prezidenti Mahmud Əhmədinejat XİN Manuçöhr Mottakini işdən azad edib,
İranın atom enerjisi agentliyinin başçısı, vitse-president Əli Əkbər Salehiyə müvəqqəti olaraq bu vəzifəni icra etmək tapşırıb.

Mottakinin işdən azad olunmasının səbəbi isə açıqlanmır. Bundan bir neçə gün əvvəl İran nüvə proqramına dair 6 güc dövləti ilə danışıqlar aparıb.

Qərb İranın nüvə silahı hazırlayacağından ehtiyatlanır, Tehran ittihamları qəbul etmir.

Mübahisəli nüvə proqramı ilə bağlı danışıqlar gələn ay Türkiyədə davam edəcək.
XS
SM
MD
LG