Keçid linkləri

2017, 22 Yanvar, bazar, Bakı vaxtı 10:08

Riçard Holbruk vəfat edib


Son iki ildə ABŞ-ın Əfqanıstandakı xüsusi nümayəndəsi olan Riçard Holbruk vəfat edib.

69 yaşlı veteran diplomat bir neçə gün əvvəl özünü pis hiss edib, Vaşinqtonda xəstəxanaya yerləşdirilib və aorta yırtığından əməliyyat olunub.

Riçard Holbruk 1995-ci ildə Bosniya müharibəsinə son qoyan Deyton müqaviləsinin imzalanmasında mühüm rol oynayıb. O, ABŞ-ın BMT və Almaniyadakı səfiri, 2 dəfə isə Dövlət katibinin köməkçisi olub.

Prezident Barak Obama Holbruku «Amerikanın xarici siyasətinin həqiqi nəhəngi» adlandırıb və qeyd edib ki, təxminən 50 illik fəaliyyəti dövründə ABŞ «güclü, təhlükəsiz» olub.

Obamanın sözlərinə görə, Holbrukun çətin, münaqişəli regionlarda apardığı diplomatiya nəticəsində «milyonlarla insanın həyatı xilas olub və zənginləşib».
XS
SM
MD
LG