Keçid linkləri

2026, 11 İyul, şənbə, Bakı vaxtı 03:42

Prezident hakimlərin yerini dəyişib

Prezident İlham Əliyev bir sıra birinci instansiya məhkəmələri hakimlərinin vəzifələrinin dəyişdirilməsi haqqında sərəncam imzalayıb.

Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Prezident Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin, Ağdam, Lənkəran, Qazax və Sumqayıt hərbi məhkəmələrinin ləğv edilməsi ilə əlaqədar hakimlərin vəzifələrinin dəyişdirilməsinə sərəncam verib, məhkəmələrə yeni hakimlər təyin edib.
This item is part of
XS
SM
MD
LG