Keçid linkləri

Təcili xəbərlər
2020, 01 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:39

Britaniya WikiLeaks tərəfdarı hakerlərin hücumlarından narahatdır


Britaniya rəsmiləri WikiLeaks tərəfdarı hakerlərin hökumət saytlarına hücumlarından naraht olduğunu bildirir. Baş nazir David Kameronun ofisindən yayılan məlumata görə hakerlər hökumət saytlarına vergi hesabatları, müavinət xahişi kimi adlar altında müraciət edirlər.

WikiLeaks saytının bu yaxınlarda Britaniyada saxlanan təsisçisi Julian Assange dekabrın 14-də məhkəməyə çıxarılmalıdır. Onun İsveçə verilib-verilməməsi barədə qərar çıxarılacaq. İsveçdə Assancı zorlamada ittiham edirlər. Buna görə Britaniya rəsmiləri onun tərəfdarı olan hakerlərin rəsmi saytlara hücumlarından narahatdırlar.

WikiLeaks saytı dünyanın müxtəlif ölkələrindəki ABŞ diplomatlarının ölkələrinə göndərdikləri gizli məktublar olduğunu iddia etdiyi sənədləri yayır. Bir neçə həftədir ki, bu məktublar beynəlxalq qalmqalqa səbəb olub. ABŞ bu sənədlərin yayılmasının qanunsuz olduğunu bildirib.
XS
SM
MD
LG